25 fevral 2025 18:20
109

Abbas Əraqçi: Tehran və Moskva Cənubi Qafqazda sülhün bərqərar olmasına kömək etməyə hazırdır

İran və Rusiya Cənubi Qafqaz regionunda davamlı və sabit sülhün bərqərar olmasına kömək etməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Tehranda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.

"Cənubi Qafqazdakı vəziyyətə gəlincə, biz Azərbaycan və Ermənistan arasında sülhün tərəfdarıyıq və bu məsələdə tərəflərə kömək etməyə hazırıq", - nazir bildirib.