Ermənistan Azərbaycandan sülh sazişi layihəsinə cavab alıb.
“İki sahil” xəbər verir ki, bu barədə TASS-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
"Biz Azərbaycandan sülh sazişi ilə bağlı cavab almışıq, lakin digər sahələrdə - kommunikasiyaların blokldan çıxarılması, silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizmi ilə bağlı təkliflər cavabsız qalır", - o deyib.