28 fevral 2025 11:40
94

Azərbaycan Yüksək Liqası: “Neftçi” MOİK-lə qarşılaşacaq

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII tura bu gün bir oyunla start veriləcək.

“İki sahil” xəbər verir ki, “Neftçi” MOİK-lə üz-üzə gələcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək görüşə saat 16:00-da start veriləcək.

12 turdan sonra “Neftçi” hazırda turnir cədvəlində 15 xalla 4-cü pillədə qərarlaşıb. MOİK isə 5 xalla beşinci yerdədir.