“Mançester Yunayted”in yarımmüdafiəçisi Karlos Kazemiro klubundan ayrılmaq istəmir.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu ona indiki qazancı ilə müqayisə oluna biləcək maaş təklif edilməsə, klubunu tərk etməyəcək.
Adı "Roma" ilə hallanan futbolçu “Mançester Yunayted”də həftədə 350 min funt-sterlinq (təqribən 420 min avro) qazanır. Onun hazırkı müqaviləsinin sonuna - 2026-cı ilin iyununa qədər “qırmızı şeytanlar”da qalacağı bildirilib. Bundan sonra isə azad agent kimi komandasını tərk edə bilər.