28 fevral 2025 11:57
94

“Sərhədçi” iki basketbolçu ilə müqavilə imzalayıb

“Sərhədçi” heyətini iki basketbolçu ilə gücləndirib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda ABŞ-dən olan Jared Bynum və Jozef Alleni heyətinə qatıb.

Hər iki oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. J.Bynumun son klubu Slovakiya təmsilçisi “Nitra Blue Wings” olub. J.Allen isə Tayvan liqasında mübarizə aparan “VantaBlack Draqons”da oynayıb.