28 fevral 2025 18:06
103

“Liverpul” ötən mövsüm 57 milyon funt sterlinq itirib

İngiltərənin “Liverpul” klubunun ötən mövsümə olan maliyyə hesabatı açıqlanıb.

“İki sahil” xəbər verir ki, Mersisayd təmsilçisi 2023-2024-cü illər mövsümündə 57 milyon funt sterlinq itirib. Maliyyə itkisinin əsas səbəbinin klubun ötən mövsüm Çempionlar Liqasında iştirak etməməsi və media gəlirlərinin 38 milyon funt sterlinq azalaraq 204 milyona düşməsi olub.