Boliviyanın cənubunda iki avtobusun toqquşması nəticəsində azı 37 nəfər ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə yerli “El Pais” qəzeti polisə istinadən məlumat yayıb.
Uyuni şəhərinin sərhəd polisinin komandiri Uilson Flores hadisə ilə bağlı deyib: "37-yə yaxın ölü və 30 yaralı var. Yaralıların vəziyyəti hələ də qiymətləndirilməkdədir".
Qəzanın səbəbləri hələ müəyyən edilməyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”