01 mart 2025 20:26
98

Siyarto: Trampın Zelenski ilə görüşü kimin sülh, kimin müharibə tərəfdarı olduğunu göstərdi

"ABŞ Prezidenti Donald Tramp ilə ukraynalı həmkarı Volodimir Zelenski arasında fevralın 28-də Ağ Evdə baş tutan görüş kimin sülh, kimin müharibə tərəfdarı olduğunu açıq şəkildə göstərdi".

“İki sahil” xəbər verir ki, bu fikri ABŞ liderini dəstəkləyən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto öz "Facebook" səhifəsindəki postunda qeyd edib.

"Dünən heç vaxt olmadığı qədər hamıya aydın oldu ki, kim sülh istəyir, kim müharibə istəyir. Kim qətlləri dayandırmaq istəyir, kim davam etməsini istəyir. Kim sağlam düşüncə əsasında hərəkət edir, kim müharibənin davam etdirilməsi naminə insan həyatını, milyardlarla avronu əsirgəmir", - deyə o bildirib.

"Prezident Donald Trampın sülhü dəstəkləyən çıxışı son üç ilin ən böyük hadisəsi oldu. Ümid edirik ki, Donald Tramp ABŞ və Rusiya arasında danışıqlarda uğur qazanacaq, çünki yalnız ABŞ-Rusiya razılaşması sevimli Mərkəzi Avropamıza sülhü qaytara bilər", - Siyarto əlavə edib.