Türkiyədə yıxılaraq xəsarət alan hamilə qadını xəstəxanaya çatdırmağa çalışan təcili tibbi yardım maşını yüngül ticarət avtomobili ilə toqquşub.
“İki sahil” xəbər verir ki, Kocaelinin Kartepe rayonunda baş verən qəza nəticəsində üçü tibb işçisi olmaqla 5 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”