"ABŞ-ın qlobal liderliyini qoruyub saxlayacağına şübhəmiz yoxdur, çünki bu, obyektiv amillərlə bağlıdır. Bununla belə, Avropa İttifaqı ABŞ-ın bərabərhüquqlu tərəfdaşı ola bilər və olmalıdır".
“İki sahil” xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda jurnalistlərə deyib.
Nauseda etiraf edib ki, Avropanın bərabərhüquqlu əməkdaşlığa gedən yolda çox işi var: “Biz buna nail olmaq üçün çox iş görməliyik”.
O hesab edir ki, Qərbin yeni liderliyə ehtiyacı var: "Bu gün aydındır ki, azad dünyanın yeni liderə ehtiyacı var. Avropalılar bu çağırışı qəbul etməyə hazırdırlar".
Məhərrəm Ağalaroğlu, “İki sahil”