Misir-Küveytin birgə şirkəti, MENA-da əsas investisiya şirkəti olan “EKH” yaxın üç ay ərzində Səudiyyə Ərəbistanında ilk layihəsini təqdim edəcək.
Şirkət rəhbəri Con Rokk bazar günü Səudiyyə Ərəbistanının “Asharqalawsat” gündəlik qəzetinə bildirib ki, layihə neft və qazı əhatə edir və şirkət artıq lazım olan kapitalın böyük hissəsini təmin edib.
"Biz layihəni 2-3 ay ərzində elan edəcəyik. Bu, Səudiyyə Ərəbistanına ilk sərmayəmizdir və neft-qaz sektorunda perspektivli layihədir", -deyə o, bildirib.
“Bu layihəni çoxdan planlaşdırırdıq. Layihə üçün əsaslı xərclərin böyük hissəsini təmin etmişik və əməliyyatlara başlamaq üçün hazırlığın son mərhələsinə çatmışıq. Bir neçə ay ərzində gəlir əldə etməyi gözləyirik”, o, əlavə edib.
Rokk əlavə məlumat verməyib. Lakin şirkətin MENA-da “genişlənmə strategiyası” çərçivəsində 2025-ci il ərzində regionda 150-200 milyon dollar dəyərində yeni investisiya imkanlarını öyrəndiyini də deyib.
Xatırladaq ki, Misir və Küveyt birjalarında siyahıya alınmış və iki ölkənin iş adamlarına məxsus olan “EKH” keçən həftə 2024-cü ildə təxminən 185 milyon dollar xalis mənfəət və 642 milyon dollara yaxın ümumi qazanc əldə etdiyini açıqlamışdı.
Nubar Süleymanova, “İki sahil”