06 mart 2025 00:57
124

Amerika lideri bəşəriyyəti kosmosa aparacaq?

Prezident Donald Tramp Konqresdəki çıxışı zamanı ABŞ-ın Marsda öz bayrağını sancması və kosmosun tədqiqini davam etdirməsi planlarını açıqlayıb.

Amerika lideri Marsda Amerika bayrağını sancmaqla elmin sərhədlərini genişləndirəcəyini və bəşəriyyəti kosmosa aparacağını vəd edib.

"Biz elmin geniş sərhədlərini fəth edəcəyik və biz bəşəriyyəti kosmosa aparacaq və Amerika bayrağını Mars planetində və ondan kənarda sancacağıq”, -Tramp deyib.

Tramp, həmçinin prezidentliyindən sonra dörd il ərzində Yer kürəsində ən azad, ən qabaqcıl, ən dinamik və ən dominant sivilizasiya qurmaq niyyətini ifadə edib. O, həmçinin ən yüksək həyat, təhlükəsizlik və sağlamlıq standartına malik cəmiyyət yaratmaq niyyətində olduğunu bildirib. Bundan əlavə, Prezident faşizm və kommunizm üzərində qələbənin ABŞ-a aid olduğunu bildirib.

Xatırladaq ki, Tramp yanvarın 20-də inauqurasiya mərasimində ABŞ astronavtlarının iştirakı ilə Marsa missiya təşkil etmək niyyətində olduğunu açıqlamışdı.

Nubar Süleymanova, “İki sahil”