Hər kəs Vezuvi püskürməsi zamanı əsrlər boyu dəfn edilmiş mükəmməl şəkildə qorunan İtaliya şəhəri Pompey haqqında bilir. Lakin İtaliyada böyük təbii fəlakətlərdən sonra insanlar tərəfindən tərk edilmiş başqa, az tanınan şəhərlər də var. Sadə sənətkar icmalarından mükəmməl film dəstlərinə qədər bu qəsəbələr öz qaranlıq əzəməti ilə həqiqətən möhtəşəmdir.
Romaqnano al Monte
İtaliyanın ruhlar şəhərləri siyahısına yeni bir əlavə olan Romaqnano al Monte 1980-ci ildə zəlzələ nəticəsində dağılmışdı. Orada zəlzələ 3000 nəfərin həyatına son qoydu. Sağ qalanlar köhnə evlərini bərpa etmək əvəzinə köçməyə qərar verdilər. Onlar bir neçə kilometr uzağa, daha təhlükəsiz bölgəyə köçdülər və qəsəbənin bir hissəsi toxunulmaz qaldı.
2000-ci illərdən bu yer turistik məkana çevrildi. Bu ruhlar şəhərinin cəmi 30 yaşı var.
Krako
Təpələrin ətəyində yerləşən bu orta əsr şəhərinin ruhlar şəhərə çevrilməsinə bir neçə amil təsir edib. Məsələn, müharibə, sürüşmə və zəlzələlər. Bu şəhər Matera əyalətində, italyan "çəkməsinin" ətəyində yerləşir. 540-cı ildə qurulmuşdur. Şəhərin qədim tarixinə baxmayaraq, 1892-1922-ci illər arasında sakinlərinin əksəriyyəti İtaliyanın digər bölgələrinə və hətta Amerikaya köçdü.
1963-cü ildə baş verən torpaq sürüşməsi qalan 1800 sakinin də köçməsinə səbəb oldu. Onların qoyub getdikləri ruhlar şəhəri turistik məkana və bir çox filmlərin fonuna çevrildi. Burada Mel Gibsonun “The Passion of the Christ”, “Quantum of Soace” və “Saving Grace” filmlərindən səhnələr çəkilib.
Balestrino
Savonada (İtaliyanın şimal-qərbində) olan bu qədim şəhər də tərk edilib - bu, boş küçələrə və evlərə ilk baxışdan dərhal aydın olur.
Ancaq şəhərin özü haqqında - onun nə vaxt yarandığı və ya insanların oradan niyə köçdüyü barədə çox az məlumat var. Buna 19-cu əsrin sonlarında sahildə baş verən zəlzələlərin səbəb olduğu güman edilir.
Məsələn, 1887-ci ildə orada Rixter cədvəli ilə 6,7 bal gücündə zəlzələ baş verdi. Ancaq şəhəri tərk edilmiş vəziyyətdə görmək istəyirsinizsə, tələsin, çünki bu yaxınlarda İtaliya hakimiyyəti onu canlandırmaq qərarına gəlib.
Bussna Vecçia
Balestrinonu silkələyən eyni zəlzələ bu gözəl şəhəri də darmadağın edib. Nəticədə burada yaşayan 2000-dən çox insan həlak olub.
Əslində, bu, italyan Filippo Sekçi tərəfindən yaradılmış seysmoqrafla ölçülən ilk zəlzələ idi. Köhnə şəhər tərk edildi və sakinlər Yeni Bussanaya köçdülər.
1950-ci illərdən insanlar burada qeyri-qanuni yaşamağa başladılar və 1960-cı illərdə rəssamlar şəhərin ərazisində öz icmalarını yaratdılar.
Hökumətin dəfələrlə onları qovmaq cəhdlərinə baxmayaraq, Beynəlxalq Rəssamlar Cəmiyyəti bu günə qədər şəhərdə qalır. Əsərlərini turistlərə satmaqla əldə etdikləri gəlirlə dolanırlar.
Pentedattilo
İtaliyanın cənubundakı Kalambriya bölgəsindəki bu şəhər eramızdan əvvəl 640-cı ildə yunanlar tərəfindən qurulmuşdur. 1793-cü ildə burada fəlakətli zəlzələ baş verdi.
Zəlzələ o qədər güclü olub ki, sakinlər qonşu Melito Porto Salvo şəhərinə köçüblər. Şəhər İon dənizinin üzərində ucalır və açıq səma altında muzeyi xatırladır. Çünki keçmiş sakinləri evlərini və əşyalarını tərk etmək məcburiyyətində qalıblar.
Şəhər 1960-cı illərə qədər tam boş idi.
Pentedattilo hazırda film festivalına ev sahibliyi edir və onun xarabalıqlarından ilham alan rəssamlarla doludur.
Nubar Süleymanova, “İki sahil”