Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın sabiq prezidenti Co Bayden administrasiyasının Rusiyaya qarşı siyasətini və onu təcrid etmək cəhdlərini tənqid edib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Bayden administrasiyası qərar verib ki, Rusiya dərs çıxarmalıdır. Və bu dərs, bu cəza təcrid olacaq. Yumşaq desək, axmaqdır", - nazir Antalya Diplomatik Forumunda deyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”