Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “İki sahil”ə bildirilib ki, qəza nəticəsində bir ədəd nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb.
Mərkəz tərəfindən işıqforun yenisi ilə əvəzlənməsi işləri görülür.