Bu gündən dünya şöhrətli “NomadMania” səyyah klubunun Qarabağa səfərləri başlayıb.
“İki sahil” xəbər verir ki, qonaqları daşıyan təyyarə artıq Füzuli Beynəlxalq Hava Limanına eniş edib.
Səfərin təşkilatçıları hava limanı barəsində qonaqlara geniş məlumat veriblər. Bildirilib ki, Füzuli bişğaldan azad edildikdən sonra bu ərazi qısa müddət ərzində mina və partlamamış hərbi sursatların təmizlənib, beynəlxalq standartlara cavab verən limanı inşa olunub.
Bu, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir. Budəfəki səfər zamanı 30 ölkədən olan səyyahlar Şuşa, Xankəndi və Ağdama səfər edəcəklər.