Böyük Britaniyanın Baş naziri Kir Starmer hesab edir ki, Avropanın ABŞ-dan asılı olmayaraq Ukrayna ilə bağlı siyasət yürütməsi fikri yanlışdır.
“İki sahil” xəbər verir ki, o, bu barədə “The Daily Telegraph” qəzetinə müsahibəsində bildirib.
"Bir çoxları bizi ortaq Avropa və Amerika kursu deyil, sırf Avropa kursu ilə getməyə çağırır. Düşünürəm ki, bu, həm Ukraynaya münasibətdə, həm də ümumiyyətlə, kökündən yanlışdır. Məhz NATO əsaslı yanaşma bizə sülh içində yaşamağa imkan verdi", - deyə Starmer alyans üzvlərinin onun qorunub saxlanmasına diqqət yetirməli olduğunu vurğulayıb.
Eyni zamanda, Starmer ABŞ Prezidenti Donald Trampın bir sıra bəyanatları ilə razılaşmadığını qeyd edib.
Müsahibədə Starmer Ukraynada uzunmüddətli atəşkəsin zəruriliyindən də danışıb.