25 aprel 2025 09:40
120

UEFA Çempionlar Liqasında yenilik

UEFA 2025-26 mövsümündən etibarən Çempionlar Liqasında bir sıra yeniliklər etməyi nəzərdə tutur.

“İki sahil” BILD nəşrinə istinadən xəbər verir ki, Avropa futbol qurumunun təklif etdiyi dəyişikliklər bunlardır:

Əlavə vaxtın ləğvi: Oyuna əlavə vaxt təyin edilməyəcək və qalib birbaşa penaltilər seriyasında müəyyənləşəcək.

Ev sahibi üstünlüyü: Liqa mərhələsində ilk "8-lik"də qərarlaşan komandalar 1/4 final və yarımfinalda cavab matçını evdə keçirəcəklər.

Eyni ölkədən olan komandalar: Eyni ölkədən olan komandalar yalnız 1/4 finala qədər bir-biri ilə qarşılaşmayacaq.