25 aprel 2025 08:13
115

Misli Premyer Liqasında 32-ci tur başlayır

Bu gün Misli Premyer Liqasında 32-ci tur başlayacaq.

“İki sahil” xəbər verir ki, ilk günə 1 matç nəzərdə tutulub. 4-cü yerdəki "Turan Tovuz" 7-ci pillədəki "Şamaxı"nı qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq.

Bu komandalar arasında ilk 3 dövrənin oyunlarında 2 dəfə "Turan Tovuz" 2 dəfə qalib gəlib, 1 dəfə isə heç-heçə qeydə alınıb.

Misli Premyer Liqası,

32-ci tur

25 aprel
 
19:00. “Turan Tovuz” – “Şamaxı”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Elşad Abdullayev

Tovuz şəhər stadionu.
 
26 aprel

19:00. “Kəpəz” – “Zirə”

27 aprel

17:30. “Səbail” – “Araz-Naxçıvan”

20:00. “Sabah” – “Qarabağ”

28 aprel

20:00. “Sumqayıt” – “Neftçi”