İspaniya millisinin və "Barselona"nın sabiq qapıçısı Viktor Valdes yenidən futbola qayıdıb.
“İki sahil” xəbər verir ki, 43 yaşlı mütəxəssis İspaniya 4-cü liqasında çıxış edən "Real Avila" klubunda baş məşqçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Valdeslə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Valdesin son iş yeri 2020/21 mövsümündə çalışdırdığı "Orrta" klubu olub.