UEFA Çempionlar Liqasının yarımfinal oyunlarının start fitindən öncə 88 yaşında dünyasını dəyişmiş Roma Papası Fransiskin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
“İki sahil” xəbər verir ki, aprelin 29-da Fransanın PSJ komandası İngiltərədə “Arsenal”ın, bir gün sonra isə İtaliyanın “İnter” klubu İspaniyada “Barselona”nın qonağı olacaq. Qadınlar arasında Çempionlar Liqası və UEFA Gənclər Liqasının yarımfinal matçları da bir dəqiqəlik sükutla başlayacaq.
Bundan əvvəl Pontifikin vəfatı ilə əlaqədar İtaliya A Seriyasının görüşləri aprelin 21-dən 23-nə təxirə salınmışdı.