19 may 2025 11:06
99

HƏMAS doqquza yaxın girovu azad etməyə razılıq verməsi barədə məlumatları təkzib edib

HƏMAS Qəzza zolağında radikallar tərəfindən saxlanılan 7-9 girovu azadlığa buraxmağa razılıq verməsi barədə məlumatları təkzib edib.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bunu HƏMAS-ın nümayəndəsi Sami Əbu Zuhri bildirib.

"Hərəkatın İsrail tərəfi ilə barışıq və bu ölkənin həbsxanalarında olan bir qrup fələstinli məhbusun azad edilməsi müqabilində bir neçə girovu azad etməyə razılaşdığı barədə məlumatlar həqiqətə uyğun deyil", - Ə.Zuhri qeyd edib.