09 iyul 2025 11:09
113

"Real Madrid"in təyyarəsinə Nyu-Yorka eniş icazəsi verilməyib

"Real Madrid"in Nyu-Yorka gəlişi hava şəraiti ilə əlaqədar gecikib.

“İki sahil” "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, İspaniya klubunun təyyarəsi fırtına səbəbindən bir saatdan çox Nyu-York üzərində dövrə vuraraq, eniş icazəsini gözləyib.

"Real Madrid"in baş məşqçisi Xabi Alonso mətbuat konfransını ləğv etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Madrid təmsilçisi klublararası dünya çempionatının yarımfinalında PSJ (Fransa) ilə qarşılaşacaq. Oyun iyulun 9-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.