11 iyul 2025 17:08
129

Çubaysın yeri bilindi

“Rusnano”nun keçmiş rəhbəri Anatoli Çubays hazırda İsraildədir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu şirkətin nümayəndəsi Moskva Arbitraj Məhkəməsində keçirilən iclasda bildirib.

"Biz başa düşürük ki, İsraildə olan Çubays kommersiya sirlərinin necə qorunduğuna əhəmiyyət vermir, lakin "Rusnano" buna əhəmiyyət verir.", - deyə, məhkəmədə bildirilir.

Şirkət nümayəndəsi məhkəmədən prosesin mətbuata qapalı keçirilməsini istəyib.

İyulun əvvəlində Rusiya Baş Prokurorluğu Rusnanonun 6 milyard rubldan çox pul mənimsəməsi ilə bağlı cinayət işini Moskvanın Qaqarinski Rayon Məhkəməsinə göndərib.