11 iyul 2025 17:15
126

Fransa ordusunun Baş Qərargah rəisi Rusiyanı əsas təhlükə adlandırıb

Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Tyerri Burkar bildirib ki, Rusiya Fransa üçün əsas təhlükədir.

“İki sahil” xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb. 

O, Parisdə keçirdiyi mətbuat konfransında bildirib ki, Kreml Fransanı prioritet hədəfə çevirib. Fransa kiberhücumlardan, onun qonşu ölkələri isə müxtəlif təxribat aktlarından əziyyət çəkir.

O, xəbərdarlıq edib ki, Rusiyanın Ukraynadakı münaqişədə qələbəsi “Avropa üçün əsl məğlubiyyət” olacaq, bütün Köhnə Dünyanın təhlükəsizliyini təhdid edəcək və "Avropa cavabı" tələb edəcək. Eyni zamanda, general Fransa əhalisini Rusiya ilə müharibə ilə qorxutmamağa, təkcə Avropada deyil, həm də dünyanın digər regionlarında mürəkkəb strateji vəziyyətdən xəbərdar olmağa çağırıb.