03 sentyabr 2025 16:42
204

Pentaqonun rəhbəri TƏKZİB EDİB

Pentaqonun rəhbəri Pit Heqset ABŞ-ın Karib dənizində gəmiyə zərbə endirdiyi videonun süni intellekt tərəfindən hazırlandığını təkzib edib. Onun sözlərinə görə, zərbə həqiqətən də ABŞ-ın Venesuela narkotik kartellərinə qarşı elan etdiyi əməliyyat fonunda həyata keçirilib. Heqset bildirib ki, Venesuela prezidenti Nikolas Maduro kursu dəyişməsə, zərbələr davam edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

"Bu sularda narkotik ticarəti ilə məşğul olan və narkotik terrorçu olduğunu bildiyimiz hər kəs eyni aqibəti yaşayacaq" - deyə müdafiə naziri "Fox News"a bildirib.

ABŞ prezidenti Donald Tramp dünən deyib ki, ABŞ qüvvələri Venesuela yaxınlığında beynəlxalq sularda, narkokartellə əlaqəli olduğu və narkotik maddələrin daşınması üçün istifadə edildiyi güman edilən gəmini vurub.