04 sentyabr 2025 10:01
112

Britaniya dondurulmuş Rusiya aktivlərini Ukraynaya göndərib

Böyük Britaniya dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına Ukraynaya 1 milyard dollar göndərib.

“İki sahil” TASS agentliyinə istinadən xəbər verir ki, məlumat Britaniya hökumətinin rəsmi saytında dərc edilib.

"Dondurulmuş Rusiya aktivlərindən əldə olunan 1 milyard funt sterlinqdən artıq məbləğ Ukraynaya hərbi dəstək üçün yönəldilib", - müdafiə naziri Con Hili bildirib.

Nazir, həmçinin qeyd edib ki, Böyük Britaniya Silahlı Qüvvələrinin döyüş hazırlığı səviyyəsini yenidən nəzərdən keçirir və atəşkəsin əldə olunacağı halda onları Ukraynaya göndərmək niyyətindədir.