04 sentyabr 2025 15:34
151

Avropadan olan hərbi personal Ukraynada şəhər mərkəzlərində və ya limanlarda yerləşdirilə bilər

WP: Avropa Ukraynada cəbhədən uzaqda "nümayiş" qoşunlarını yerləşdirmək istəyir

“İstəyənlər koalisiyası” tərəfindən hazırlanmış Ukraynanın təhlükəsizliyinə zəmanət planı çəkindirmənin nümayiş elementi kimi Avropa qoşunlarının cəbhə xəttindən uzağa yerləşdirilməsini nəzərdə tutur.

“İki sahil” xəbər verir ki,  bu barədə mənbələrə istinadla “The Washington Post” məlumat yayıb.

Onların sözlərinə görə, Ukrayna səmasında təhlükəsizliyin təmin edilməsi, həmçinin Ukrayna ordusunun resurslarının yenilənməsi və Ukrayna Silahlı Qüvvələrinin hazırlığı da müzakirə olunur. ABŞ kəşfiyyat məlumatları, eləcə də müşahidə, komanda-nəzarət və hava hücumundan müdafiə vasitələrinin ötürülməsi baxımından bu planın həyata keçirilməsində əsas rol oynayacaq.

Avropa və Ukrayna hakimiyyəti cəbhə xətti boyunca münaqişənin dondurulmasını zəruri hesab edir, eyni zamanda, atəşkəs peyklərdən, BMT sülhməramlılarından və ya "Rusiyanın daha dost hesab etdiyi" ölkələrin müşahidəçilərindən istifadə etməklə izlənilə bilər. Növbəti mərhələdə avropalıların planlarına əsasən, Fransa və Böyük Britaniyanın rəhbərliyi altında Avropadan olan hərbi personal “əsas nöqtələrdə: şəhər mərkəzlərində və ya limanlarda” yerləşdiriləcək.

Qeyd edək ki, bu gün "istəklilər koalisiyası" - Ukraynanın təhlükəsizliyinin təmin edilməsində iştirak etməyə hazır olan Avropa ölkələri Parisdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş keçirir.