Aktyor Stiven Siqal və oğlu Dominik tərəfindən təsis edilən "Hikari" müştərək şirkəti Volqoqrad vilayətində plastik təkrar emalı zavodunun tikintisinə başlayıb. Layihənin tərəfdaşı Mixail Zamarinin sözlərinə görə, obyektin işə salınması 2026-cı ilin üçüncü rübünə planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Şirkət avqustun sonunda qeydiyyatdan keçib: 34% Stiven Siqala, 33% onun oğluna, qalan pay isə Eco-Invest şirkətinə məxsusdur.
"Hikari" 2030-cu ilə qədər Rusiyada ümumi sərmayəsi ən azı 30 milyard rubl olan 50 təkrar emal zavodu qurmağı planlaşdırır.