Məşhur yazıçı, Nobel mükafatı laureatı Ernest Heminqueyin ikinci oğlu, yazıçı Patrik Heminquey ABŞ-ın Montana ştatındakı evində 97 yaşında vəfat edib. Onun ölümünü Heminquey ailəsinin nümayəndəsi Bettina Klinger təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Patrikk Heminquey atasının sənətinə ən yaxın idi. Yazıçının digər oğlu Cek balıqçı, qızı Qloriya isə həkim işləyirdi. Patrik Heminquey atasının Afrikaya ekspedisiyası zamanı başladığı "Həqiqətə nəzər salmaq" kitabını tamamlayaraq 1999-cu ildə nəşr etdirib.
O, həmçinin atasının kitablarının digər nəşrlərinə ön sözlər yazıb. 2022-ci ildə Patrik atası ilə şəxsi yazışmalarından 120 məktubu dərc edib və topluya "Əziz ata" adını verib. Patrik atasının ölümündən sonra onun əqli mülkiyyətinə cavabdeh olub.