Londonda ikimərtəbəli avtobus səkiyə çıxaraq şəhərin ən sıx dəmiryol vağzallarından biri olan "Viktoriya" stansiyasının yaxınlığındakı binaya çırpılıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Polisin məlumatına görə, 15 nəfər xəstəxanaya yerləşdirilib, daha iki nəfərə yerində tibbi yardım göstərilib.
Avtobus sürücüsü də daxil olmaqla xəsarət alanların həyatına heç bir təhlükə yoxdur.