04 sentyabr 2025 19:01
130

Makron: "Arzuedənlər koalisiyası"nın 26 ölkəsi Ukraynaya qoşun göndərməyə hazırdır

"Arzuedənlər  koalisiyası"nın 26 ölkəsi Ukraynaya qoşun göndərməyə və ya "bu koalisiyanı dəstəkləmək, dənizdə və havada təhlükəsizliyi təmin etmək üçün vəsait ayırmağa" hazır olduğunu bəyan edib.

“İki sahil” xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron brifinqdə bildirib.

Onun sözlərinə görə, "Arzuedənlər koalisiyası" yaxın günlərdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsinə ABŞ-nin töhfəsini qəti surətdə razılaşdırmağı planlaşdırır.