Fransa Prezidenti Emmanuel Makron xəbərdarlıq edib ki, Rusiya danışıqlardan imtina edəcəyi təqdirdə Avropa ölkələri ABŞ ilə koordinasiyada ona qarşı sanksiyalar tətbiq edəcək.
“İki sahil” xəbər verir ki, o, bunu Parisdə "Arzuedənlər koalisiyası" ölkələri ilə danışıqlardan sonra bildirib.
Qeyd edək ki, bu gün Parisdə Fransa, Danimarka, Polşa, Finlandiya, Avropa Komissiyası liderlərinin Ukraynanın təhlükəsizlik zəmanətləri məsələsi ilə bağlı görüşü keçirilib.