“Azərbaycan Hava Yolları”nın təyyarəsinin qəzaya uğramasından sonra Rusiyanın sığorta haqqını ödəməməsi ilə bağlı yayılan məlumatlar yalandır”.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.
Bildirilib ki, “AlfaStrakhovanie” ASC fevral ayından təbii fəlakətlə əlaqədar sığorta ödənişləri həyata keçirir:
“Uçuşda olan 62 sərnişindən 46-nın yaralanması və həlak olması ilə bağlı iddialar tam təmin edilib, o cümlədən 15 Rusiya vətəndaşından 7-nin, 38 Azərbaycan vətəndaşından 35-nin, 3 Qırğızıstan vətəndaşının hamısının, 6 Qazaxıstan vətəndaşından isə 1-nin tam ödənişi təmin edilib. Bu günə olan məlumata görə, təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib”.
Departamentdən o da bildirilib ki, Azərbaycan aviaşirkətinə təyyarəyə görə tam sığorta dəyəri - 1,003 milyard rubl məbləğində sığorta kompensasiyası ödənilib.
Qeyd edilir ki, xəsarət alanlar və ölənlərin yaxınları ilə tam hesablaşma məqsədilə kompensasiya məbləğlərinin razılaşdırılması istiqamətində iş davam etdirilir.