05 sentyabr 2025 15:17
150

Qazaxıstan tarixində ən böyük kokain partiyası müsadirə edilib

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTX) narkotik qaçaqmalçılığı ilə məşğul olan beynəlxalq kanalın ləğv edilməsi üzrə əməliyyat keçirib.

“İki sahil” xəbər verir ki, Almatıda respublika tarixində ən böyük - 13 ton 183 kiloqram birdəfəlik kokain partiyası müsadirə edilib.

"Yükün Qazaxıstan üzərindən üçüncü ölkələrə tranziti nəzərdə tutulurdu. Narkotik ticarəti kanalının təşkilində şübhəli bilinən iki xarici vətəndaş saxlanılaraq həbs edilib", - MTX-nin məlumatında deyilir.

Qazaxıstan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır.