06 sentyabr 2025 15:32
111

Londonda BBC-nin keçmiş mənzil-qərargahında yanğın olub

Bu gün Londonda BBC-nin keçmiş mənzil-qərargahında baş verən yanğının söndürülməsinə təxminən 100 yanğınsöndürən cəlb olunub.

“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

London Yanğınsöndürmə Xidmətinin məlumatına görə, yanğın doqquzmərtəbəli binada başlayıb.

Alov binanın yuxarı mərtəbələrinə yayılıb, restoran, terras və havalandırma sistemləri yanıb.

Yanğının səbəbi hələlik məlum deyil. Xəsarət alanlar və ya ölənlər barədə məlumat daxil olmayıb.