Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, ölkəsi mümkün təhlükəsizlik zəmanətləri çərçivəsində öz əsgərlərini Ukrayna ərazisinə göndərmək niyyətində deyil.
“İki sahil” bu barədə Rusiya KİV-inə istinadən məlumat verir.
Onun sözlərinə görə, belə zəmanətlər münaqişənin hər iki tərəfinə verilməlidir. Eyni zamanda, Slovakiya logistikada yardım göstərməyə hazırdır.
R.Fitso vurğulayıb ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmaların əldə olunacağı təqdirdə respublika ehtiyacı olan ölkələrin onun nəqliyyat infrastrukturundan istifadə etməsinə icazə verəcək.