11 oktyabr 2025 19:45
127

Beşmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yasamalda

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 53 m² olan 2 otaqlı mənzilin mətbəxində qazan yanıb.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzildən 1 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.