04 dekabr 2025 10:47
70

Şöbə müdiri: Könüllülərin əməyi daim diqqətdə saxlanılır

Azərbaycanda könüllülərin əməyi daim diqqətdə saxlanılır və onların inkişafı üçün müntəzəm addımlar atılır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş "Azərbaycan Könüllülük Həftəsi 2025" ilə bağlı keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, artıq səkkizinci ildir ki, Azərbaycanda Könüllülük Həftəsi keçirilir: "Bu həftə ərzində könüllülərin əməyinə xüsusi dəyər verilir. Keçirilən tədbirlərdə ilin könüllüləri seçilir, müxtəlif şəbəkələşmələr baş tutur".