Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, dekabrın 4-ü saat 10:00-a olan məlumata əsasən, Lənkəran-Astara zonasında leysan xarakterli intensivdir. Zaqatalanın (Əlibəy) yüksək dağlıq ərazilərində isə qar yağır. Yağan qarın hündürlüyü 1 sm-dir.
Düşən yağıntının miqdarı Lənkəranda 56, Astarada 44, Lerikdə 4, Yardımlıda 2, Gədəbəy, Qax, Zaqatala, Qəbələ, Quba, Şabran, Göyçayda 1 mm-dir.
Naxçıvan, Şərur, Sədərək, Gəncə, Şəmkir, Qax, Şəki, Zaqatala, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Göyçay, Zərdab, Sabirabad, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.