04 dekabr 2025 23:58
93

Günəş ömrü yaşayanlar...

Biləsuvarda Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Babək Süleyman oğlu Mahmudovun doğum günü qeyd edilib.

Babək Mahmudov 1995-ci ilin noyabrın 27-si Biləsuvar şəhərində dünyaya göz açıb. Babək Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün imtahanlardan uğurla keçərək, müddətdən artıq hərbi qulluqçu kimi Vətənin keşiyində durub. O, “İstiqlal” snayper kursunu da müvəffəqiyyətlə başa vurub. Naxçıvanda Türkiyə Cümhuriyyətinin və Azərbaycan Respublikasının keçirdiyi birgə hərbi təlimlərdə snayper atəşi yarışlarında birincilik əldə edib.

Vətən müharibəsi zamanı Babəkin Cəbrayıldan başlayan döyüş yolu Zəngilana, Qubadlıyadək uzanıb. Cəsur döyüşçü çətin döyüş əməliyyatlarının iştirakçısı olub. 89 düşmən əsgərini məhv edən qəhrəman manqa komandiri Şuşa uğrunda gedən döyüşlərdə şəhadətə qovuşub. Noyabrın 1-i Biləsuvar şəhərində torpağa tapşırılıb.

Ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda”, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda medalları yaxınlarına bir təsəllidir.

Onu da bildirək ki, zəfər şəhidinin atası Süleyman Mahmudov Birinci Qarabağ müharibəsinin qazisidir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin