05 iyun 2026 08:46
160

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

ABŞ hakimiyyəti Haitidən gəldiyi ehtimal olunan və 240 qanunsuz miqrantı daşıyan qayığı saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi komissarı Rodney Skot məlumat verib.

Onun sözlərinə görə, hava patrulu əməkdaşları bu həftə dəniz yolu ilə ABŞ-yə qanunsuz daxil olmağa çalışan 240 Haiti vətəndaşını daşıyan gəmini aşkar ediblər.

Komissar bildirib ki, həddindən artıq yüklənmiş qayığın batmaq təhlükəsi var idi. O vurğulayıb ki, qanunsuz miqrasiya cəhdləri təhlükəlidir və ABŞ-yə giriş zəmanəti vermir.

Daha əvvəl ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsindən bildirilmişdi ki, 2025-ci ilin yanvarından bəri ölkədən 900 mindən çox qanunsuz miqrant deportasiya olunub.