05 iyun 2026 14:52
102

Ərdoğanın oğlu Sankt-Peterburqda - Forumda iştirak edəcək

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğan iyunun 5-də Rusiyanın Sanlt-Peterburq şəhərinə səfər edib. O, burada keçirilən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edəcək.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, nu barədə Sankt-Peterburq şəhərinin Xarici Əlaqələr Komitəsinin mətbuat xidməti məlumat yayıb. Qurumun açıqlamasında Bilal Ərdoğanın şəhərə rəmzi əhəmiyyət daşıyan bir dövrdə gəldiyi vurğulanıb.

Məlumata görə, bu günlərdə Rusiya ilə Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 106-cı ildönümü qeyd olunur. Komitə nümayəndələri Bilal Ərdoğanın səfərinin iki ölkə arasında əlaqələrin inkişafı baxımından xüsusi diqqət çəkdiyini bildiriblər.