05 iyun 2026 13:17
101

Rumıniyanın Konstansa limanında PUA partlayıb

Rumıniyanın Konstansa limanında dəniz pilotsuz uçuş aparatı (dron) partlayıb. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, partlayan dəniz dronu Ukraynadakı münaqişə zamanı istifadə olunan pilotsuz vasitələrin tipinə aiddir. Eyni zamanda vurğulanıb ki, sözügedən aparat Rumıniya Silahlı Qüvvələrinə məxsus deyil və son dövrlərdə Qara dəniz bölgəsində keçirilmiş hərbi təlimlərdə iştirak etməyib.

Hadisədən sonra ərazi Rumıniya kəşfiyyat orqanları, sahil mühafizəsi və Müdafiə Nazirliyinin qüvvələri tərəfindən mühasirəyə alınıb. Faktla bağlı araşdırmalara başlanılıb və dronun mənşəyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.