Ermənistanın Rusiya qazından imtina etməsi halında ölkənin qaz təchizatını təmin etmək üçün əlavə olaraq təxminən 1 milyard ABŞ dolları vəsait tapmalı olacağı bildirilir.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov “Vesti”yə müsahibəsində danışıb.
Şevtsovun sözlərinə görə, beynəlxalq qaz birjalarında qiymətlər hazırda təxminən 600 dollar səviyyəsindədir və müəyyən şəraitdə 800 dollara qədər yüksələ bilər. O qeyd edib ki, Ermənistan Rusiyadan ildə təxminən 2,3 milyard kubmetr qaz alır və mövcud həcm nəzərə alındıqda alternativ mənbələrdən qaz alınması ölkəyə ciddi maliyyə yükü gətirəcək.
“Birjalardakı qiymət hazırda təxminən 600 dollardır, hətta 800 dollara qədər yüksələ bilər. Ermənistanın Rusiyadan aldığı qazın həcmi 2,3 milyard kubmetrdir. Sadə hesablamalar göstərir ki, ölkə əlavə olaraq təxminən 1 milyard dollar, hətta bundan da artıq vəsait tapmalı olacaq”, – deyə Şevtsov bildirib.