Fransa Prezidenti Emmanuel Makron Avropanın Rusiya ilə təhlükəsizlik məsələləri üzrə dialoqun davam etdirilməsində maraqlı olduğunu bəyan edib. O, bu barədə çıxışı zamanı Avropa ölkələrinin Rusiya ilə qarşılıqlı maraq doğuran mövzular ətrafında müzakirələrin aparılmasına ehtiyac duyduğunu vurğulayıb.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Makronun sözlərinə görə, Avropa üçün Rusiya ilə təhlükəsizlik sahəsində strukturlaşdırılmış dialoqun qurulması mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, belə müzakirələr həm Avropanın öz təhlükəsizlik siyasəti, həm qonşuluq münasibətləri, həm də Ukraynanın maraqlarının qorunması baxımından vacibdir.
“Bu, bizim öz təhlükəsizlik siyasətimiz, qonşuluq siyasətimiz və əlbəttə ki, Ukraynanın maraqlarının müdafiəsi ilə bağlı məsələdir”, – deyə Fransa lideri bildirib.