ABŞ Prezidenti Donald Tramp Uilyam Pultenin Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini icra etməyəcəyini və yeni namizəd axtarışının davam etdiyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, ABŞ lideri bunu Ağ Evdə jurnalistlərə bildirib.
O, Mənzil Maliyyələşdirmə Agentliyinə rəhbərlik edən U.Pultenin Milli Kəşfiyyat İdarəsinin müvəqqəti direktoru təyin olunduğunu bildirib.
"Bu, müvəqqəti vəzifədir və o, bu vəzifəni daimi əsasda icra etməyəcək. Çünki düşünmürəm ki, o, bu vəzifəni daimi əsasda icra etmək istəyir", - Tramp deyib.
O, həmçinin qeyd edib ki, administrasiya hazırda bu vəzifəyə namizədlərlə müsahibələr aparır.