05 iyun 2026 16:24
109

İsveçrə Ukrayna böhranının diplomatik yolla həllini dəstəklədiyini bəyan edib

İsveçrə Ukrayna ətrafında davam edən münaqişənin diplomatik yollarla həllini tam şəkildə dəstəkləyir.

“İki sahil” xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nikolya Bido “RIA Novosti” agentliyinə açıqlamasında bildirib.

Diplomatın sözlərinə görə, İsveçrə Xarici İşlər Nazirliyi hazırda Rusiya ilə Ukrayna arasında siyasi və diplomatik həll yolunun tapılması istiqamətində fəal fəaliyyət göstərir.

“Xarici İşlər Nazirliyi hazırda Rusiya və Ukrayna arasında diplomatik həllin əldə olunması istiqamətində aktiv iş aparır və biz bu prosesi tam şəkildə dəstəkləyirik”, – deyə Nikolya Bido qeyd edib.

Bununla yanaşı, o, İsveçrənin Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında mümkün görüşün təşkili ilə bağlı hər hansı müraciət alıb-almaması barədə suala cavab verməkdən imtina edib. Bido vurğulayıb ki, İsveçrə Xarici İşlər Nazirliyi davam edən diplomatik təmaslarla bağlı şərh vermir.