Vəli İlyasov |
Çünki onların ata-babaları buraya yığma komanda kimi qoltuqlarda gətiriliblər.
Beyinlərinə yeridilmiş revanşist xəstə təfəkkürdən azad ola bilməyən ermənilər Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması fikri ilə heç cür razılaşa bilmirlər. Dövlətçiliklərinin tükdən asılı olduğu vəziyyətdə belə öz çirkin əməllərindən əl çəkmirlər. Qəribə bir iddia irəli sürürlər ki, Türkiyə və Azərbaycan ərazilərindən gözümüzü çəksək yüzillik ideyalarımız məhv olar. Əcaib məntiqdir, deyilmi? Daşnak əqidəli bu toplum bölgədə kommunikasiyaların açılması kimi xilas yolunu dəhşətlə qarşılayır. Görünür, hətta iyirmi birinci əsrdə də cəngəllik qanunları ilə yaşamaqdan başqa yol tanımaq istəmirlər. Onlar baş nazir Nikol Paşinyanın bu istiqamətdə atdığı addımları xəyanət və satqınlıq adlandırır, çıxış yolunu isə hətta onun fiziki cəhətdən məhv edilməsində görürlər. Aprelin əvvəllərində Moskvada özünə yaxın bir qrup erməni ictimai fəalı gizli ilə görüş keçirən Nikol Paşinyanın orada irəli sürdüyü fikirlər İrəvanda yeni qalmaqal yaradıb. Paşinyan Moskvadakı görüşündə deyib ki, Ermənistanın çıxış yolu kommunikasiyaların açılmasından, iqtisadiyyatın dirçəldilməsindən, Türkiyə və Azərbaycana torpaq iddialarına son qoymaqdan keçir. Bunu eşidən İrəvanın revanşist erməniləri daş atıb başlarını tutublar ki, baş nazir ölkəni məhvə sürükləyir.
Ölkənin hay-küyçü mətbuatında da revanşistlərin mövqeləri yer alıb. "Nikol Paşinyan Qarabağ və Ermənistan sakinlərinə yalnız azərbaycanlılar və türklərlə parlaq gələcək vəd edir”. Bu iyrənc fikir Ermənistanda nəşr olunan “Hraparaq” qəzetinə məxsusdur. Nəşr Ermənistan baş nazirinin Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq səylərinə diqqət çəkib: “Gedişat Ermənistan və Qarabağın gələcəyinin türklərin yanında və türklərin hesabına olacağını göstərir. Ermənistandan köçün mənfi tarazlığı da bunu göstərir. Ölkədən gedənlərin sayından da başa düşürük ki, bu gələcək qurulmadan əvvəl Ermənistanda heç bir erməni qalmayacaq”.
Bu fikirlərin müəllifi başa düşmək istəmir ki, Ermənistandan köçün səbəbi onların ağılsız dövlət siyasətinin, sağalmaz erməni xəstəliyinin nəticəsidir. Bu məxluqlar o dərəcədə avantüristdirlər ki, dövlətlərinin dağılıb məhv olmalarını deyil, köçmələrini faciə kimi qəbul edirlər. Burada məşhur kəlam yada düşür: “Bunlar xəstədilər, dəlidilər, nədilər?”
“Hraparak” həyəcan təbili çalaraq son bir ayda Ermənistandan xarici ölkələrə üz tutanların sayının kəskin şəkildə artdığını yazıb. Yayımlanan statistik məlumatlara görə, yalnız bu ilin mart ayında Zvartnots və Şirak hava limanlarından 74197 sərnişin yola düşüb, 42283 vətəndaş isə qayıdıb. Mart ayında gediş-gəliş arasındakı fərq 31 914 nəfərdir.
Orta hesabla hər ay Ermənistandan 32 min nəfərə qədər sakin gedirsə 5-6 ildən sonra bu ölkədə bir rayonun əhalisi qədər sakin qala bilər. Daha doğrusu, ölkə boşala bilər. Əslində, elə belə də olmalıdır, çünki onların ata-babaları bu əraziyə ordan-burdan tutulub gətiriliblər. Zorla yığılmış “komanda”nın tarixin bir sərt döngəsində dağılması isə təbii prosesdir. Əsas məsələdən yan keçib ikinci dərəcəli məsələni qabartmaqla ermənilər özlərinin bir ağıl sahibi olmadıqlarını göstərirlər. Eşşəyi deyil, palanı döyəcləyənlərə bundan münasib ad yaraşmır. Özləri də, ölkələri də iddiaların qurbanına çevrilən bu xəstə təxəyyüllü toplum bəlkə iyirmi ikinci əsrin xalqı oldu, çünki xalq kimi formalaşmayıblar. Ola, ya olmaya, hələ o da ya qismət...