KÖŞƏ

Taleh Bağırov

Ermənistan dilənçi vəziyyətində

26 aprel 2021 22:17
1444

Dünyanı bürüyən COVID-19 pandemiyası təbii ki, iqtisadiyyatı zəif olan, maliyyə böhranı ilə tez-tez üzləşən ölkələrə daha çox təsir edir. İşğalçı siyasət yürüdən ermənistan hökuməti də pandemiyadan ən çox zərər çəkən ölkələrdən biridir. Eyni zamanda, 44 günlük müharibədə ağır məğlubiyyətlə üzləşən işğalçı ölkədə siyasi vəziyyətlə yanaşı iqtisadi durum da getdikcə dərinləşib.

Ermənistanın maliyyə naziri Atom Cancuqazyan bir neçə gün öncə yerli mətbuata verdiyi məlumatda bildirib ki, ölkənin dövlət borcu ümumi daxili məhsulda (ÜDM) müəyyən edilmiş 60 faiz həddini keçərək 63,5 faizə çatıb. Maliyyə nazirinin sözlərinə görə, dövlət büdcəsinin kəsiri 2020-ci ildə 334 milyard drama çataraq ÜDM-in 5,5 faizini təşkil edib. Halbuki 2020-ci il üçün dövlət büdcəsinin kəsiri 161 milyard dram və ya ÜDM-ni 2,3 faizi səviyyəsində planlaşdırılmışdı. A.Cancuqazyan onu da əlavə edib ki, dövlət xəzinəsinin gəlirləri 1 trilyon 560 milyard 655 milyon dram, xərcləri 1 trilyon 894 milyard 647 milyon dram, kəsiri isə 333 milyon 991 min dram təşkil edib.

Göründüyü kimi, pandemiyaya qarşı normal müqavimət göstərə bilməyən bu ölkə indi də müharibə vasitəsilə özünün fəlakətini yaxınlaşdırır. Özünün aqressor mahiyyətini gizlətməyən, özgə torpaqlarına göz dikən, istila ilə məşğul olan Ermənistanın Azərbaycana qarşı iddiaları ona cox  baha başa gəlir. Beynəlxalq ekspertlərin hesablamalarına görə 27 sentyabrdan başlayan hərbi əməliyyat nəticəsində Ermənistana dəyən zərərin miqdarı 1,5 mlrd ABŞ dolları həcmində qiymətləndirilir. Onsuz da ağır olan iqtisadi vəziyyət bu ölkədə günbəgün daha da ağırlaşır, kasıbçılıqdan insanların vəziyyəti olduqca gərginləşir.  Müharibədə gündəlik itkiləri 150 milyon ABŞ dolları həcmində qiymətləndirilən Ermənistanın bu vəziyyətə dözə bilməsi qeyri real görünür. Digər bir tərəfdən isə müharibə nəticəsində ölkə iqtisadiyyatının xarici asılılığı güclənir, xarici borcların səviyyəsi katastrofik artmaqda davam edir. Hazırda iqtisadiyyatın bərbad hala düşməsi səbəbindən dövlət büdcəsinin icrası böyük şübhə altındadır.

Beynəlxalq ekspertlərin qənaətinə görə, adambaşına düşən ÜDM, büdcə xərcləri, orta aylıq əmək haqqı və pensiya məbləği gözə çarpacaq dərəcədə aşağı düşəcək, milli valyuta həm ABŞ dollarına nisbətən, həm də AVRO-ya nisbətən xeyli ucuzlaşacaq. İllik inflyasiya faizi yüksələcək, istehlak mallarının və xidmətlərin qiymətlərinin artırılmasına gətirib çıxardacaq və ölkədə dəhşətli sosial böhran yaşanacaqdır. Donor tapmaq üçün “üzdəniraq” Ermənistan hökuməti yenə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi maliyyə qurumları ilə yanaşı “böyük qardaş” dediyi öklələrə də “əl açaraq” imdad diləyəcək.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?